Azərbaycan prezidenti İlham Əliyev

Əliyevlə Paşinyanın görüşəcəyi təsdiqləndi

146
(Yenilənib 12:12 27.03.2019)
Görüşün Avstriyanın paytaxtı Vyana şəhərində keçirilməsi barədə razılıq əldə olunub

BAKI, 27 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev iki gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Minsk qrupunun həmsədrlərinin təklifi əsasında İlham Əliyev və Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

146
Teqlər:
Avstriya, Minsk qrupu, Xarici İşlər Nazirliyi, Minsk, görüş, Nikol Paşinyan, İlham Əliyev
Əlaqədar
İlham Əliyevlə Nikol Paşinyan arasında qısa söhbət olub - VİDEO
İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə: Girovlar vətənə qaytarılmalıdır
Nikol Paşinyan İlham Əliyevlə görüşəcəklərini açıqlayıb