Yağışlı hava

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq

76
(Yenilənib 15:53 23.03.2019)
Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq

BAKI, 23 mart – Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq, 25-də isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-yə çatacaq.

Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

76
Teqlər:
külək, yağış, hava
Əlaqədar
Yağışlar başladısa, vay Xırdalan sakinlərinin halına
Yol polisi yağışlı havada vətəndaşların köməyinə çatıb
Həkim, arxiv şəkli

Həkimlərin təşkilatına ittiham: irqçidirlər

0
(Yenilənib 22:52 12.07.2020)
“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

BAKI, 12 iyul — Sputnik. “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının minədək sabiq və hazırkı əməkdaşı açıq məktub yazaraq təşkilatı institusional irqçilikdə ittiham edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazır.

Məktubda deyilir ki, “Sərhədsiz həkimlər”in rəhbərliyi korporativ mədəniyyətin, işə qəbul təcrübəsinin və “kiçik qrup imtiyazlı ağ adamların rəhbərlik etdiyi qeyri-insani proqramların” dəstəklədiyi irqçiliyin miqyasını dərk etmir.   

Məktuba imza atanlar təşkilatda müstəqil araşdırma aparılmasına, eləcə də “dəyişilməz rəhbərlik və paternalizmi” aradan qaldıracaq islahatların edilməsinə çağırırlar.

Bundan başqa, iradların sırasında təşkilatın iyerarxik quruluşu və bütün idarəçiliyin qərb ölkələrinin əlində olması yer alır.

Belə ki, 2019-cu ildə təşkilatda 65 min əməkdaş çalışırmış, bunların 90%-i isə təşkilatın işlədiyi zonalardakı lokal heyət olub. Bütün idarəçilər isə həmin dövrdə qərb ölkələrində olublar.

“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

0
Əlaqədar
Qəflətən: ABŞ-dakı qaradərili hərəkatına Rus Pravoslav Kilsəsindən irad
“Heykəl müharibəsi”: bu günün qəhrəmanı sabah zibillikdə yer ala bilər
Anqlikan kilsəsi İsa peyğəmbərin qaradərili olduğunu bəyan edib və onun təsvirlərini yayıb
Qaradərilinin qətli dondurmanın adını dəyişdirdi
BMT baş katibi Antonio Quterreş videomüraciət yayıb
Zaqatala rayonunda çay, arxiv şəkli

Çayda batan əsgərin yaxınlarını onun boğulduğu əraziyə apardılar - VİDEO

14
(Yenilənib 23:30 12.07.2020)
Hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər

BAKI, 12 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin Alazan çayında batan əsgərinin yaxınları hadisə baş verən əraziyə aparılıb.

DSX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, əsgər Fərdi Yarəliyevin qohumları onun öldüyü çay kənarında olub, şahidlər və əsgər yoldaşları ilə görüşüblər. 

Əsgərin çayda üzməsinə şahid olan, ona bunun təhlükəli olduğunu deyən  Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini mərhumun valideyninə danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov əsgərin yaxınları ilə görüşüb, mərhumun meyitinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki,  hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər.

14