Azərbaycan bayrağı

Yaxşı olsan, bizdənsən, pis olsan, tanımırıq - İdman cameəsində qəribə təzad

5150
(Yenilənib 09:50 19.03.2019)
"Əgər idmançı ölkə adına uğur qazanıbsa, federasiya həmin idmançıya sahib çıxılmalıdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Çox az idmançı olar ki, bir idman növündə karyerasına başlasın və yalnız həmin idman növündə də davam etdirsin. Bəzi idmançılar var ki, özlərini bir neçə idman növündə sınayırlar, hətta bir neçə idman növündə uğur da qazanırlar. Uğur qazandıqları halda federasiyalar da həmin idmançıları dəstəkləyir. Ancaq təzadlı bir məqam da var ki, həmin idmançılar hər hansı xoşagəlməz əməl törətdikdə federasiyalar onları təkzib edir. Bildirirlər ki, onlarda, sadəcə həvəskar olub, əslində, birinci başladığı federasiyaya aiddir.

Maraqlıdır, idmançının aid olmadığı federasiya hansı səbəbdən onun yarışlarda iştirak etməsinə kömək edir, medal qazananda öz adına çıxır? Sputnik Azərbaycan-ın əməkdaşı idman mütəxəssisləri ilə bu məsələ ətrafında fikir mübadiləsi aparıb.

Taekvando idman növü üzrə məşqçi Gündüz Abdullayev bildirib ki, idmançı deyiləndə insanın ilk növbədə ağlında şüuraltı olaraq güc, qüvvət, döymək, dağıtmaq canlanır: "Ancaq bu, belə olmamalıdı. Çünki idmançı illərlə əzmin, zəhmətin, fədakarlığın, intizamın vasitəsilə nəticə əldə edir. Bu xüsusiyyətləri özündə formalaşdıran idmançı sonunda cəmiyyətə lazımlı insan kimi yetişir. Əfsuslar olsun ki, istisna hallar da olur".

Gündüz Abdullayev, taekvondo məşqçisi
© Photo : G.Abdullayevin şəxsi arxivi
Gündüz Abdullayev, taekvondo məşqçisi

Onun fikrincə, əgər idmançı ölkə adına uğur qazanıbsa, avropa, dünya çempionu olubsa, əlbəttə ki, federasiya həmin idmançıya sahib çıxmalıdır: "İdmançının törətdiyi əməl də araşdırılmalıdır ki, hadisənin təsadüfən və ya bilərəkdən baş verdiyi məlum olsun. Çünki təsadüfən başa gələn pis hadisələrdən heç kəs sığortalanmayıb. Bilərəkdən baş verən pis, neqativ hadisə isə şəxsi həyat və şəxsi münasibətlə bağlı bir işdir".

"Hər iki halda idmançını federasiyanın qəbul etməməsini və başqa federasiyanın üzərinə atmasını məntiqi həll hesab etmirəm. Hər halda ortada insan faktoru var. Əksinə, bacardıqları qədər həmin idmançıya kömək etməlidirlər" - deyə Gündüz Abdullayev əlavə edib.

İdman yazarı Mehman Rəsulovun da məsələyə münasibəti, təxminən, eyni olub: "Hansı idman növünü təmsil etməsindən asılı olmayaraq, hər kəs öz məsuliyyətini anlamalı və qanunlara tabe olmalıdır. İstənilən idmançının uğurlarını heç kimsə dana bilməz. Çünki idmançının qazandığı mükafat qeydiyyata alınır. İdmançının nailiyyəti ancaq idman qaydalarının pozulması halında sıfırlana bilər. Məsələn, dopinq qalmaqalında. Çünki rəsmi yarışlarda mükafatçılar siyahısına düşmüş idmançıların rəsmi qeydiyyatı var".

İdman yazarı Mehman Rəsulov
İdman yazarı Mehman Rəsulov

Karateçi Şahin Atamov da düşünür ki, idmançının idman karyerası ilə şəxsi həyatını qarışdırmaq doğru deyil: "Hər idmançı yaxşı olmur, onların da içində pis xarakterli, düzgün iş görməyənləri var. Axı onlar da insandırlar".

Şahin Atamov
© Sputnik / Murad Orujov
Şahin Atamov

"Heç kim idmançının idmanda qazandıqları uğurlara kölgə sala bilməz. Çünki idmançılar uğurları alın təri, böyük zəhmət, gərgin məşqlər hesabına qazanırlar" - deyə o vurğulayıb.

5150
Teqlər:
mütəxəssis, məşqçi, Gündüz Abdullayev, dəstək, idman, imtina, federasiya, idmançı
Əlaqədar
İdmançı oyun zamanı həyatını itirdi - VİDEO
Dopinqə düşən idmançı: “8 illik cəza verdilər, mən də idmanı atdım”
Azərbaycanlı idmançı "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
Koronavirus testləri, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxmada yarıbayarı azalma

2
Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

BAKI, 16 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335291 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329038 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7023, ötən müddət ərzində isə ümumilikdə 3644912 test aparılıb.

Qeyd edək ki, iyunun 15-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Eləcə də oxuyun:

  • Koronavirusa qarşı hansı vaksini vurdurmaq daha yaxşıdır? Mütəxəssisdən faydalı fikirlər
  • ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etmir

2
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
AZAL təyyarəsi

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib - Yeni qərar

7
Nazirlər Kabinetinin bu gün imzaladığı qərara əsasən, iyunun 21-dən daha yeddi ölkənin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsinə icazə verilir.

 

BAKI, 16 iyun — Sputnik. İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

"Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilir:

- ABŞ

- Bəhreyn

- Birləşmiş Ərəb Əmirlikləri

- Böyük Britaniya

- İsrail

- Macarıstan

- Qətər

Azərbaycana gəlmək üçün tələblər

Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır", - deyə məlumatda qeyd olunub.

İlk qaranquşlar

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər. Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

Eləcə də oxuyun:

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib

7
Teqlər:
Azərbaycan, icazə, vətəndaş, xarici, uçuş