Yağışlı hava

Hava şəraitinə dair xəbərdarlıq

737
(Yenilənib 13:45 22.03.2019)
Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir

BAKI, 22 mart - Sputnik. Martın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Yağışlı hava
© Sputnik / Taleh Mahmudov

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir.

Lakin axşama doğru isə bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti təşkil edəcək.

737
Teqlər:
duman, yağış, hava

Ekspert: "Dövlət şirkətlərinə qoyulan investisiyaların səmərəliliyi suallar yaradır"

0
(Yenilənib 09:47 12.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq
Fuad İbrahimov: “İnvestisya Holdinqi şəffaflığı təmin edəcək”

Dövlət şirkətləri, elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bəzi dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq müşahidə olunmur və illərdir qoyulan investisiyaların səmərəliliyi suallar yaradır:

“Ümidvaram ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə belə şirkətlərdə şəffaflığın təmin olunması mümkün olacaq. Maliyyə dövriyyəsində şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq. İndiki şəraitdə belə bir holdinqin yaradılması məqsədəuyğundur”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Snayper, arxiv şəkli

Ermənistan ordusu mövqelərimizi snayperlərlə atəşə tutub

3
(Yenilənib 10:03 12.08.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub

BAKI, 12 avqust — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

3