Yağışlı hava

Təhlükəli hava xəbərdarlığı

432
(Yenilənib 13:40 19.03.2019)
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

BAKI, 19 mart - Sputnik. Bakıda və Abşeron yarımadasında martın 20-də arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında da martın 20-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında yağışlı, mülayim küləkli hava şəraiti gözlənilsə də, ümid edirik ki, bu əhalinin bayram əhval-ruhiyyəsində narahatlıq yaratmayacaq.

432
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, hava
Əlaqədar
Təhlükəli hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilir
Hava xəbərdarlığı: Yağış, qar yağacaq
Bayram günlərinin hava proqnozu açıqlandı
Köhnə avtobus, arxiv şəkli

Bakıda dizel yanacağı ilə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

2
(Yenilənib 15:28 25.11.2020)
BNA: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

BAKI, 25 noyabr — Sputnik. Yaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

2
Teqlər:
sərnişin avtobusu, sərnişin, BNA
Masallıda səfərbərlik, arxiv şəkli

Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı qərar verildi

9
(Yenilənib 15:20 25.11.2020)
Tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

BAKI, 25 noyabr — Sputnik. Təhsil Nazirliyinin Kollegiyası "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"da dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, tələbəyə akademik məzuniyyətin verilməsi halları artırılıb.

Beləliklə, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələblər gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Qərar noyabrın 24-dən qüvvəyə minib.

Qeyd edək ki, qüvvədə olan Qaydalara əsasən, hazırda tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

- ailə vəziyyətinə görə - 2 il müddətinədək;

- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

9
Teqlər:
tələbələr, tələbə, səfərbərlik, Təhsil Nazirliyi, ali təhsil, təhsil