Avropa Şurası Parlament Assambleyası

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun iclası keçiriləcək

65
(Yenilənib 12:14 19.03.2019)
Azərbaycanlı millət vəkili Avropa Şurasının tədbirində iştirak edəcək

BAKI, 19 mart — Sputnik. Milli Məclisin deputatı Hikmət Məmmədov Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82-ci plenar iclasında iştirak etmək üçün martın 19-da Fransanın Strasburq şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər. Toplantıda bir sıra məsələlərlə bağlı dinləmələrin keçirilməsi və müvafiq hesabatın qəbul edilməsi nəzərdə tutulur.

Millət vəkili tədbirdə müzakirəyə çıxarılacaq məsələlər barədə qeyd və təkliflərini bildirəcək. Səfər martın 21-də başa çatacaq.

65
Teqlər:
Avropa Şurası, millət vəkili, Milli Məclis
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

1
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

1
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

3
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

3
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA