Dövlət Yol Polisi iş başında, arxiv foto

Paytaxtda bir sıra yollarda hərəkət istiqaməti dəyişdirilib

156
(Yenilənib 10:52 19.03.2019)
Bayram günlərində yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək

BAKI, 19 mart — Sputnik. Bakıda Novruz bayramı tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq, bu gün səhər saatlarından etibarən paytaxtda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Məlumata görə, İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız qalası və Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.

"Azneft" meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və prospektlər nəzarətə götürülərək avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.

156
Teqlər:
Bakı, yol hərəkəti, hərəkət, DYP, yol
Əlaqədar
Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Yol polisi ölmüş şəxsin radara düşməsinə aydınlıq gətirdi
Dövlət Yol Polisi xəbərdarlıq edir
Yol polisi saxladı, narkotik və silah tapdı