Küləyin nə zaman səngiyəcəyi bəlli oldu

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Umayra Tağıyeva: "Hazırda baş verənlər mart ayı üçün səciyəvi hava dəyişkənliyidir"

BAKI, 18 mart — Sputnik. "İki kontrast hava kütləsinin Yeni Torpaq ərazisindən (Şimal Buzlu okeanda yerləşən arxipelaq - red.) Cənubi Qafqaza doğru uzanan antisiklonun yalı, eyni zamanda Xəzərin cənub-şərqində müşahidə olunan siklonun qarşılıqlı əlagəsi nəticəsində hal-hazırda şimal küləyinin güclənməsi müşahidə edilir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, hazırda baş verənlər mart ayı üçün səciyəvi hava dəyişkənliyidir.

"Bu, qışla yaz arası keçıd dövrünə xas olan prosesdir. Küləyin maksimal sürəti saniyədə 25-28 metr, dalğanın hündürlüyü isə açıq dənizdə 5,5 metr təşkil edir" - direktor vurğulayıb.

"Müqaisə üçün qeyd edək ki, bu, cari ilin yanvar ayının 17-dən 18-ə keçən gecə müşahidə olunan prosesdən zəifdir, çünki o zaman küləyin maksimal sürəti saniyədə 40 metrə çatırdı. Sabah, mart ayının 19-da günün ikinci yarısından küləyin sürəti tədricən azalacaq" - deyə o, əlavə edib.

Xəbər lenti
0