Manatlar

Gələn aydan yeni pensiya artımı olacaq

8634
(Yenilənib 13:38 18.03.2019)
1 aprel 2019-cu il tarixdən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq

BAKI, 18 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq.  

Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur. 

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə təyin edilir. Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər də (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir.

25 fevral 2019-cu il tarixli Sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə, 46 min nəfər bu müavinətlə təmin olunur.

8634
Teqlər:
artım, pensiya
Əlaqədar
Pensiya və sosial yardımlarla bağlı dəyişiliklər edilir
Pensiya, müavinət və təqaüdlərdə artım tempi məlum oldu
Üç mindən çox vətəndaşa pensiya təyin olunub
Pensiya və hərbi xidmətlə bağlı qanunlara dəyişikliklər edilə bilər
Köhnə avtobus, arxiv şəkli

Bakıda dizel yanacağı ilə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

2
(Yenilənib 15:28 25.11.2020)
BNA: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

BAKI, 25 noyabr — Sputnik. Yaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

2
Teqlər:
sərnişin avtobusu, sərnişin, BNA
Masallıda səfərbərlik, arxiv şəkli

Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı qərar verildi

9
(Yenilənib 15:20 25.11.2020)
Tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

BAKI, 25 noyabr — Sputnik. Təhsil Nazirliyinin Kollegiyası "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"da dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, tələbəyə akademik məzuniyyətin verilməsi halları artırılıb.

Beləliklə, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələblər gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Qərar noyabrın 24-dən qüvvəyə minib.

Qeyd edək ki, qüvvədə olan Qaydalara əsasən, hazırda tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

- ailə vəziyyətinə görə - 2 il müddətinədək;

- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

9
Teqlər:
tələbələr, tələbə, səfərbərlik, Təhsil Nazirliyi, ali təhsil, təhsil