Gecikmiş şam yeməyi mifi dağıldı

CC0 / Free-Photos / ресторанДевушка в ресторане, фото из архива
Девушка в ресторане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sağlam həyat tərzində “sonuncu qida” vaxtı insanın özünü pis hiss etməsinə səbəb olmur

BAKI, 17 mart — Sputnik. Mütəxəssislər həmişə insanları xəbərdar edirdilər ki, yatmağa iki saat qalmış yemək yeməyin, çünki bu, orqanizmə zərər verir, xüsusilə qanda şəkərin yüksəlməsinə səbəb olur. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, yapon alimləri bu iddianı təkzib ediblər.

Hər süfrəyə yaraşıq qatacaq yemək – Nar qovurması  - Sputnik Azərbaycan
VİDEO
Hər süfrəyə yaraşıq qatacaq yemək – Nar qovurması

Yapon alimlərinin araşdırmasında 1573 nəfər iştirak edib. Onlar uzun müddət saat neçədə yediklərini, çəki və boyları haqqında məlumat veriblər. Hətta mütəmadi olaraq qan analizindən də keçiblər.

Araşdırma zamanı yatmazdan 2 saat öncə yemək qaydasına 16 faiz kişi, 8 faiz qadın riayət etməyib. Nəticə isə maraqlı olub. Belə ki, həm qayda pozanlar, həm də yatmazdan iki saat əvvəl qidalananların qanında şəkərin miqdarı eyni çıxıb.

Buna baxmayaraq, vaxtında yeməməyin fəsadsız olduğunu da söyləmək olmaz. Belə ki, qaydanı pozanlardan fərqli olaraq, pozmayanların çəkisi və qan təzyiqi normal olub.

Amma alimlər bildiriblər ki, sağlam həyat tərzində “sonuncu qida” vaxtı insanın özünü pis hiss etməsinə səbəb olmur.

Xəbər lenti
0