Лампочка, фото из архива

Gün ərzində işıq olmayacaq

285
(Yenilənib 12:33 15.03.2019)
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir

BAKI, 15 mart — Sputnik. Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısa müddətli fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-dən məlumat verilib.

Məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq "AEK" və 35/10 kV-luq "Ələt-Bağlar" yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

285
Teqlər:
Qobustan rayonu, "Azərişıq" ASC, işıq