XİN: Yeni Zelandiyada ölənlər arasında azərbaycanlı yoxdur

© Photo : TRENDAzərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə edilən silahlı hücum nəticəsində 40 nəfər ölüb, 48 nəfər xəsarət alıb

BAKI, 15 mart — Sputnik. Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölən və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunmuş Avstraliyadakı Səfirliyi bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə edilən silahlı hücum nəticəsində 49 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Xəbər lenti
0