Xətai metrostansiyası

Metrodan istifadə edənlərə şad xəbər

340
(Yenilənib 12:25 15.03.2019)
"Xətai" metrostansiyası daha tez istifadəyə veriləcək

BAKI, 15 mart — Sputnik. Bakı metrosunun təmirdə olan "Xətai" stansiyasında işlər başa çatır. Bu barədə Sputnik Azərbaycan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyada işlər sürətlə davam etdirilir: "Artıq eskalatorların son hissəsi quraşdırılır. Yaxın günlərdə bu proses başa çatacaq. Bundan sonra eskalatorların sazlanması və sınaq yoxlanışı həyata keçiriləcək".

"Həm də təmir işləri sürətlə davam etdiyi üçün vaxtından tez stansiya təhvil verilə bilər. Belə ki, stansiyanın avqust ayında açılacağını demişdik, amma stansiyanı iyul ayında da sərnişinlərin istifadəsinə verə bilərik" - o vurğulayıb.

340
Teqlər:
Xətai, stansiya, metro
Əlaqədar
Metroda yaranmış problemin səbəbi açıqlandı
“Bakı Metropoliteni” yeni qatarlar alır
Türkiyədə metro stansiyası uçub, dağıntılar altında adamlar qalıb - VİDEO