Baş Prokurorluq

Baş Prokurorluq qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edir

192
(Yenilənib 11:06 15.03.2019)
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək

BAKI, 15 mart — Sputnik. "Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı Baş idarə tərəfindən 12 cinayət işi başlanaraq istintaq aparılıb, 9 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 16 şəxs məhkəmə məsuliyyətinə verilib, hazırda isə 3 cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".

Bakıda qanunsuz ət kəsimi
© AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsi

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, birgə görülmüş işlərə misal olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Abşeron, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən ət pavilyonu və kəsim sahələrində insan sağlamlığı üçün təhlükə təşkil edən yararsız heyvan cəmdəklərinin aşkar edilməsi nəticəsində 8 şəxsə qarşı cinayət işi başlanaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə, 361-11-76, 361-11-48 nömrəli telefonlar və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt" əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

192
Teqlər:
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Qida Təhlükəsizliyi Agentliyi, xəbərdarlıq, Baş Prokurorluq
Əlaqədar
Nazirlik qar uçqunu barədə xəbərdarlıq etdi
Yumurta ilə bağlı xəbərdarlıq edildi
Abituriyentlərə xəbərdarlıq edilir
Paytaxt polisi vətəndaşlara xəbərdarlıq edir
Sitrus bağları, arxiv şəkli

Noyabr ayının havası - O da bizi Qarabağa səsləyir

7
(Yenilənib 17:50 31.10.2020)
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq

BAKI, 31 oktyabr — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin dağlıq rayonlarda yağış yağacağı proqnozlaşdırılır.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12°, ayın əvvəlində 16°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 millimetr) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10°, üçüncü ongünlüyün bəzi günlərində 0°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 2-7° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4° şaxta, gündüzlər 10-15°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7° isti ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 millimetr) olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5°, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüzlər 15-20°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 millimetr) olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6°, gündüzlər 19-24°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6° isti, dağlarda 0°-yə yaxın, gündüzlər 16-21°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 millimetr) olacağı ehtimalı var.

7

Ermənistan ordusunun ağır silahları havadan yerdən aşkar olunaraq məhv edilir

11
"Hər gün apardığımız əməliyyatları şəffaf şəkildə əlimizdə olan görüntülərlə həm öz ictimaiyyətimizi və beynəlxalq ictimaiyyəti məlumatlandırırıq", - MN sözçüsü bildirib.

BAKI, 31 oktyabr - Sputnik. "Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir.

Bu əməliyyatlar davam edəcək və bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldan azad edilsin və bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Bizim bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsi çərçivəsindədir. Bizim Ermənistan Respublikasında heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, biz bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk", - A.Eyvazov əlavə edib.

"Hər gün apardığımız əməliyyatları şəffaf şəkildə əlimizdə olan görüntülərlə həm öz ictimaiyyətimizi və beynəlxalq ictimaiyyəti məlumatlandırırıq", - MN sözçüsü bildirib.

11
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə