Məmur çantası, arxiv foto

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

73
(Yenilənib 10:28 15.03.2019)
Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz

BAKI, 15 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 mart 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. 

Məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat bu gün saat 17:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xatırladaq ki, Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 56 yer, AB vəzifə qrupu üzrə 419, AC vəzifə qrupu üzrə isə 1033 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Hesablama Palatasında şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin köməkçisi, Maliyyə Nazirliyində aparat rəhbərinin müavini, şöbə müdiri, Təhsil Nazirliyində aparat rəhbərinin müavini, Gəncə şəhər Təhsil İdarəsinin müdiri, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri, Energetika Nazirliyində aparat rəhbəri, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində aparat rəhbəri, Dövlət Turizm Agentliyində aparat rəhbəri, Əmlakk məsələləri üzrə Dövlət Komitəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, Dövlət Məşğulluq Xidmətinin rəisi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəisi və rəis müavini vəzifələri vakantdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

73
Teqlər:
Dövlət İmtahan Mərkəzi, dövlət qulluqçusu, dövlət qulluğuna qəbul, dövlət qulluğu
Əlaqədar
Dövlət qulluqçusu olmaq istəyənlərin gözlədiyi xəbər
DİM-dən dövlət qulluqçusu olmaq istəyənlərə məyusedici xəbər
Dövlət qulluqçusu olmaq istəyənlərə vacib xəbər
Maaş artımı dövlət qulluqçusu olmayan işçilərə də çatdı
Здание парламента Азербайджанской Республики

"Təhsil haqqında" qanuna dəyişiklik edilir

2
(Yenilənib 15:41 30.11.2020)
Sənədə edilən dəyişikliklər qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur

BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə onlayn iclasa qatılanları torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan müzəffər Ordumuzun tarixi qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonunda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur yaşatdığını deyib. Bəxtiyar Əliyev şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa diləyib.

Onlayn iclasda Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qəbul etdiyi qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən ağır sanksiyalardan işğalçı dövləti qorumaq cəhdi olduğundan danışılıb.

Sonra komitədə "Təhsil haqqında" qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət sənədlərinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Onlayn iclasda "Bədən tərbiyəsi və idman haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi" üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

2
Работа за компьютером, фото из архива

"Qara cümə"nin "Kiber bazar ertəsi" - bu gün daha çox qorunmalısınız

3
(Yenilənib 15:39 30.11.2020)
Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır.

BAKI, 30 noyabr — Sputnik. Böyük endirim və satış günü olan "Qara Cümə" gününün ardınca "Kiber bazar ertəsi" günü gəlir. Bu gün bu il 30 noyabr tarixinə təsadüf edir. "Kiber bazar ertəsi" günü "Qara Cümə" kimi hər il insanların Yeni il bayramına hazırlaşmağa başladığı bir dövrdə keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Kapersky"nin məlumatına görə, həmin dövrdə markalar yaxşı endirimlər təklif etdikləri və təcavüzkarların gizlənməsini asanlaşdıran çox sayda mesaj göndərdikləri üçün, fişinq və fırıldaqçı hücumların sayı əhəmiyyətli dərəcədə artır:

"Əvvəlki illərin təcrübəsindən də göründüyü kimi, dördüncü rübdə, xüsusilə maliyyə sektorunu hədəf alan fişinq hücumlarının faizi, bütöv il ilə müqayisədə təxminən 10% daha yüksək olub. Fırıldaqçılar bu il də koronavirus mövzusundan aktiv şəkildə istifadə edirlər. Bu il ən geniş yayılan əfsanələrdən biri, guya müəyyən vətəndaş qruplarına görə verilən sosial müavinətlər idi. Təkcə 2020-ci ilin birinci yarısında "Kaspersky" mütəxəssislərinin aşkar etdiyi bu cür saxta mənbələrin sayı keçən ilin ilk altı ayı ilə müqayisədə təxminən beş dəfə çox olub. Təcavüzkarlar adətən uydurma fondlardan maddi yardım, müavinətlər və müxtəlif növ ödəmələr təklif edən xəbərdarlıqları təqlid edirlər".

"Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır. Bunlar istifadəçilərə müəyyən "komissiya" ödənişi qarşılığında böyük pul mükafatlarının vəd olunduğu saxta saytlardır. Bu sxem nəticəsində yalnız kiber cinayətkarlar pul əldə edirlər. 2020-ci ildə fırıldaqçılıq dünya istifadəçiləri üçün getdikcə daha aktual bir təhlükəyə çevrilir: mütəxəssislərimizin fikrincə, bu cür mənbələrin sayı daha da artacaq. İnsanlar getdikcə internetdə daha çox vaxt keçirirlər və kiber cinayətkarlar da bundan istifadə edirlər. Hiylələrini cari xəbər gündəminə uyğunlaşdırır və istifadəçiləri onlara könüllü olaraq pul köçürmək üçün aldadırlar. Son vaxtlar fırıldaqçılar mütəmadi olaraq lotereya və aksiyalara olan maraqdan istifadə edirlər. Pulu verməzdən əvvəl, məbləğin miqdarı əhəmiyyətsiz görünsə belə, pul köçürməyinizi tələb edən istənilən təklifdən şübhələnməyinizi tövsiyə edirik," - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Fırıldaqçıların tələsinə düşməmək üçün, "Kaspersky" onlayn təhlükəsizliyin əsas qaydalarını xatırladır:

• elektron poçt, messencer və ya sosial şəbəkələrdə şübhəli linklərə daxil olmayın və şübhəli saytlarda reklam banerlərinə klikləməyin;

• ödəniş üçün məlumat daxil etməzdən əvvəl ünvan zolağındakı saytın ünvanını diqqətlə yoxlayın;

• onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual bir kart almaq, içində az miqdarda pul saxlamaq və gündəlik pul çıxarma qoymaq daha yaxşı olar;

• onlayn mağaza naməlum bir mənbədirsə, xüsusi whois (kimdir?) xidmətlərindəki domen məlumatlarını yoxlamaq daha yaxşı olar: tamamilə təzədirsə və fərdi olaraq qeydiyyatdan keçibsə, oradan heç nə almamalısınız;

• fişinq və ya fırıldaqçılıq saytına və ya zərərli reklam banerlərinə girmək cəhdini əngəlləyəcək təhlükəsizlik proqramı quraşdırmaq təhlükəsizlik üçün faydalıdır.

3