Uşaq bağçasının balaca sakinləri ağac əkiblər

Abunə olmaq
Daha sonra uşaqların böyük həvəslə hazırladıqları rəqslər, maraqlı kompozisiyalar və səhnəciklər nümayiş etdirilib

BAKI, 14 mart - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)  tərəfindən respublikanın rayonlarında yaz ağacəkmə aksiyaları çərçivəsində tədbirlər davam etdirilir. Sputnik Azərbaycan xəbər verir ki, ETSN-nin başlatdığı aksiyaya Xətai rayonunda yerləşən 316 saylı uşaq bağçası da qoşulub.

Dünən 316 saylı uşaq bağçasında yazın gəlişi ilə əlaqədar olaraq bağçanın həyətyanı sahəsində 320 nəfərlik uşaq və işçi heyətinin iştirakı ilə “Elimizə bahar gəlir” adı altında möhtəşəm tədbir keçirilib. Tədbir çərçivəsində nazirlik tərəfindən verilmiş 100 ədəd müxtəlif cinsdən olan meyvə və həmişəyaşıl ağaclar bağçanın həyətində uşaq və işçilərin iştirakı ilə əkilib.

© avropaBalacalar 316 saylı uşaq bağçasında ağac əkiblər
Uşaq bağçasının balaca sakinləri ağac əkiblər - Sputnik Azərbaycan
Balacalar 316 saylı uşaq bağçasında ağac əkiblər

Daha sonra uşaqların böyük həvəslə hazırladıqları rəqslər, maraqlı kompozisiyalar və səhnəciklər nümayiş etdirilib. 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Şövkət Bəkirov, Bakı şəhəri Xətai Rayon Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev, Bakı Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Metodiki Mərkəzinin metodisti Hacıyeva Fatma, Bakı Şəhər İcra Hakimiyyəti Tədris və Təlim İşinin Təşkili İşinin sektor müdiri Günay Əhmədova, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Xətai Rayon Bələdiyyəsinin sədr müavini və nümayəndələri və Xətai rayon bağça müdirələri iştirak ediblər. 

Xəbər lenti
0