Yasamal rayonunun Sovetski adlanan ərazisi

"Sovetski"də obyektlərin satın alınması prosesinə başlanılıb

172
(Yenilənib 13:40 14.03.2019)
E.Rzayevin sözlərinə görə, ərazi sakinləri ilə heç bir problem yaşanmır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Bakı şəhəri Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti satın alınır. 

Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Elçin Rzayev məlumat verib. O qeyd edib ki, artıq obyektlərin satın alınması prosesinə başlanılıb. 

E.Rzayevin sözlərinə görə, ərazi sakinləri ilə heç bir problem yaşanmır: "Narazılıqlar olduğu təqdirdə müvafiq komissiya tərəfindən araşdırılıb, öz həllini tapır".

Qeyd edək ki, bu obyektlərin satın alınmasının məqsədi Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsidir.

Xatırladaq ki, müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1500,00 manat təklif edilir. Digər sahələr üzrə isə 1 kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq, 300-1200 manat arasında qiymət təklif edilir. Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun həyata keçirilir.

 

172
Teqlər:
Nərimanov rayonu, Yasamal, obyekt, "Sovetski"
Əlaqədar
"Sovetski"də yeni köçürülmə dalğası başlayır
"Sovetski" ilə bağlı yekun qərar verildi
“Sovetski” dramı başa çatır, növbədə “Kubinka”dır
"Sovetski" ilə bağlı xüsusi plan hazırlanır