Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkili Ayk Alumyan Apellyasiya məhkəməsindən sonra jurnalistlərin əhatəsində

Sarqsyan Koçaryana qarşı ifadə verib? Vəkil açıqladı

29
(Yenilənib 22:18 13.03.2019)
Sabiq prezident Serj Sarqsyan 1 mart 2008-ci il hadisələri ilə bağlı istintaq çərçivəsində dindirilib

BAKI, 14 mart — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı ifadə verməyib. Sputnik Ermənistan xəbər verir ki, bunu Robert Koçaryanın vəkili Ayk Alumyan bildirib.

"Sarqsyan iş üzrə ifadə verib. Amma ən geniş təxəyyülə malik olan insan belə, çətin ki bunu Koçaryana qarşı istifadə edə bilsin" - deyə Alumyan bildirib.

Koçaryanın vəkili Respublikaçı Partiyasının ofisində olduğunu təsdiqləsə də, nə Sarqsyan, nə də ki hüquqi yardıma ehtiyacı olan digər bir şəxslə görüşmədiyini bildirib.

Qeyd edək ki, fevralda Ermənistan KİV-də məlumat yayılıb ki, sabiq prezident Serj Sarqsyan 1 mart 2008-ci il hadisələri ilə bağlı istintaq çərçivəsində dindirilib.

Xatırladaq ki, 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi ilə müxalifət seçkilərin nəticələrinə etiraz edərək uzun müddət etiraz aksiyası keçirib. Bir neçə gün davam edən aksiyalar 1-2 mart tarixlərində etirazçılar və hüquq mühafizə orqanları əməkdaşları arasında qarşıdurmaya çevrilib. Nəticədə 10 nəfər ölüb.

Keçmiş müdafiə naziri Seyran Ohanyan da 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü ilə əlaqədar açılan cinayət işi çərçivəsində dindirilib. Lakin sabiq müdafiə naziri ittihamları rədd edərək, günahsız olduğunu bildirib.

29