Dövlət orqanlarının səlahiyyət bölgüsü dəqiqləşdirilib

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda, bununla əlaqədar həmin qurumların əsasnamələrində müvafiq dəyişikliklər edilib

BAKI, 13 mart - Sputnik. “Fitosanitar nəzarət haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi təklif olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasının təmin etmək məqsədilə hazırlanıb. 

Передача денег из рук в руки - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edir

Dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, “Fitosanitar nəzarət haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, fitosanitar nəzarəti ilə dövlət fitosanitar xidməti fərqləndirilib, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə, dövlət fitosanitar xidməti sahəsində səlahiyyətlər isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub.

Eyni zamanda, bununla əlaqədar həmin qurumların əsasnamələrində müvafiq dəyişikliklər edilib.

Qeyd edilən dəyişikliklərdən irəli gələrək müvafiq sahədə tənzimləmənin səlahiyyət bölgüsünə uyğun aparılması ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilir.

“Fitosanitar nəzarət haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 23 fevral tarixli qanunla sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan edən 10.0.5-ci maddə ləğv edilib. Qanunun bu müddəasının tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 288.0.1-ci maddəsi həmin xətalara görə məsuliyyət nəzərdə tutulurdu. Artıq hüquqi əsası olmadığına görə, Məcəllənin həmin maddəsinin ləğv edilməsi təklif olunur.

Xəbər lenti
0