Əli qandallı kişi, arxiv foto

Bakıda avtomobil oğrusu yaxalanıb

14
(Yenilənib 12:28 13.03.2019)
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır

BAKI, 13 mart — Sputnik. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən "Hyundai" markalı avtomobilinin qaçırıldığını bildirib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat daxil olub.

Məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

14
Teqlər:
"Hyundai", Xətai rayonu, Xətai RPİ, Daxili İşlər Nazirliyi, avtomobil, oğru
Əlaqədar
Abşeronda oğru eyni evi ard-arda iki dəfə qarət edib
Oğru 2,5 milyon manatlıq zinət əşyasını uddu
"İnsaflı oğru" oğurladığı puldan zərərçəkmişə 10 manat yol pulu verdi
Məşhur “qanuni oğru” narkotikdən öldü