Gənc qadın, arxiv şəkli

Fahişəliklə məşğul olan azərbaycanlı deportasiya edilib

127
(Yenilənib 11:48 13.03.2019)
Fahişliklə məşğul olduğu iddia edilən 9 qadının polis idarəsində izahatı alınıb

BAKI, 13 mart — Sputnik. Türkiyənin Kütayha rayonunun Gediz qəsəbəsində polis əxlaqsızlıqla mübarizə əməliyyatı keçirilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı saxlanılan 15 nəfədən 6-sı həbs edilib. Onlar arasında azərbaycanlı qadın da olub.

Məlumata görə, Gediz Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə rayon polis idarəsi fahişəliklə məşğul olan və bu insalara vasitəçilik edən şübhəliləri texniki nəzarətə götürüb. İki ay davam edən müşahidələrdən sonra öncədən müəyyən edilmiş ünvanlarda əməliyyatlar həyata keçirilib. Əməliyyat zamanı 56 yaşlı A.D., 57 yaşlı U.S., 48 yaşlı S.K., 59 yaşlı M.K., 39 yaşlı S.K. və 46 yaşlı H.G. ilə yanaşı bir neçə qadın da saxlanılb.

Fahişliklə məşğul olduğu iddia edilən 9 qadının polis idarəsində izahatı alınıb. Azərbaycanlı qadın isə deportasiya edilib.

127
Teqlər:
deportasiya, qadın, azərbaycanlı, Türkiyə, fahişəlik, fahişə
Əlaqədar
Səfirin öldürülməsində rus fahişə müəmması
Azərbaycanda daha bir cəza növü: əgər kirayə mənzilinizdə fahişə tapsalar...
Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib
"Fahişə Mayya"nın ortaqları ələ keçdilər

Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid

0
(Yenilənib 14:09 01.12.2020)
Kapitan Fərid Dursunov sağ ikən vəsiyyət etmişdi ki, şəhid olsa məzarına Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin Qalatasaray futbol klubunun bayrağı da sancılsın. Dostları isə şəhidin bu arzusunu yerdə qoymayıblar. Daha ətraflı – videomuzda.

Qaxın Qorağan kəndindən olan kapitan Fərid Dursunov sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olub. O, sağ ikən Türkiyənin “Qalatasaray” futbol klubunu o qədər sevirmiş ki, şəhid olsa, dostlarına məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı, azarkeşi olduğu futbol klubunun bayrağının da sancılmasını vəsiyyət edib.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Dostları isə şəhidin ruhunu şad etmək üçün onun sözünü yerdə qoymayıblar. Bundan xəbər tutan Türkiyə klubunun rəsmiləri şəhidin bu qeyri-adi istəyinə reaksiya verib, şəhidin atası Fazil Dursunovla əlaqə saxlayıblar. Klub prezidentinin köməkçisi Yusuf Günay Dursunovlar ailəsinə baş sağlığı verib, klub rəsmilərinin mütləq şəhidimizin məzarını ziyarət edəcəklərini bildirib. Bundan başqa, o söz verib ki, klubun növbəti matçların birində, futbolçular sahəyə üzərində “Fərid” yazılmış forma ilə çıxacaq.

Maraqlısı odur ki, Fərid evin yeganə hərbçisi deyil. Onun iki kiçik qardaşı da bir vaxtlar Fəriddən ilhamlanaraq hərbçi olmaq istəyiblər. Hal-hazırda hər ikisi cəbhə bölgəsində xidmətlərini davam etdirir. Fəridin həyat yoldaşına son sözləri isə geridə buraxdığı iki oğlu ilə bağlı olub. O, yoldaşı Məryəm Dursunovadan onlara göz bəbəyi kimi baxmağı xahiş edib.

0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

4
(Yenilənib 16:14 01.12.2020)
Bu gün üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu Ermənistanın işğalından azad edildi.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonunu işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy, Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”

4
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Laçının azad olunması