Qaz sayğacı

Sumqayıt Abşeron sakinlərinin nəzərinə!

297
(Yenilənib 10:40 13.03.2019)
"Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir

BAKI, 13 mart — Sputnik. Bu gün Sumqayıt və Abşeronun bir hissəsində qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, Sumqayıt şəhəri 12-ci mikrorayon Koroğlu küçəsində yerləşən ərazidə məcburi köçkünlər üçün inşa edilmiş, 1088 mənzilli yaşayış kompleksinə çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və "Qaradağ-Sumqayıt" magistral qaz kəmərinin 23-cü km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar, saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonu Xırdalan şəhəri, Ceyranbatan, Saray, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək, Çiçək, Müşviqabad və 28 May qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

297
Teqlər:
Abşeron, Sumqayıt, məhdudiyyət, "Azəriqaz", "Azəriqaz" İstehsalat Birliyi
Əlaqədar
İrandan Rusiyaya sıxılmış maye qaz nəql edilib
Ağcabədidə maye qaz doldurma məntəqəsində partlayış olub, ölən var
Paytaxtda içərisində 22 ton maye qaz olan avtosistern aşıb
Azərbaycan manatı və kalkulyator, arxiv şəkli

190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi təklif edilir

0
(Yenilənib 14:32 31.05.2020)
190 manatlıq birdəfəlik ödəniş əvvəlcə 200 min adama, daha sonra isə 600 min adama şamil edildi. Amma bu da son rəqəm deyil

BAKI, 31 may — Sputnik. "Ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var". Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli çıxış edib.

"190 manatlıq birdəfəlik ödəniş əvvəlcə 200 min adama, daha sonra isə 600 min adama şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın", - deyə millət vəkili bildirib.

Deputat onu da əlavə edib ki, aidiyyəti qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın.

0
Əlaqədar
Bankların qabağı yenə qələbəlik olacaq: 190 manatlıq yardımın ikinci hissəsi gəlir
Nazirliyin təklifinə əhəmiyyət vermədilər: 190 manat daha "şirin" gəldi
Bəzi şəxslərə 190 manat verilməyəcək
Azərbaycan qısa müddət ərzində genişmiqyaslı sosial dəstək paketini reallaşdırıb
Bu tarixdə 190 manatın verilməsi başa çatır
Yay yağışı, arxiv şəkli

İyun da yağışla başlayırsa...

1
(Yenilənib 14:39 31.05.2020)
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 31 may — Sputnik. İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-29, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

1
Teqlər:
hava proqnozu