Çərşənbə tonqallarında doqquz nəfər xəsarət alıb

Abunə olmaq
Onların xəsarətləri ağır olmadığına görə evə buraxılıblar

BAKI, 13 mart — Sputnik. Dünən axşam yandırılan çərşənbə tonqallarında 9 nəfər xəsarət alıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Onların xəsarətləri ağır olmadığına görə evə buraxılıblar.

Xəbər lenti
0