Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli

Soydaşlarımızın başına gələn faciə barədə yeni xəbər var

6579
(Yenilənib 13:13 12.03.2019)
Həkimlər daha bir nəfərin həyatı uğrunda mübarizəni davam etdirir, onun vəziyyəti olduqca ağırdır

BAKI, 12 mart — Sputnik. Rusiyanın Stavropol vilayətində Azərbaycandan gələn mikroavtobusun "ZİL" markalı yük avtomobillə toqquşması nəticəsində xəsarət alanlardan biri vəfat edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan iki nəfər evə buraxılıb, həkimlər daha bir nəfərin həyatı uğrunda mübarizə aparır. 

"İki nəfər evə buraxılıb, komada olan 30 yaşlı pasient ölüb. Həkimlər daha bir nəfərin həyatı uğrunda mübarizəni davam etdirirlər – onun vəziyyəti olduqca ağırdır" - deyə Stavropolun Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, martın 6-da Rusiyanın Stavropol vilayətində səhər saat 5:30-da 6 azərbaycanlının ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Hadisə "ZİL" markalı yük avtomobilinin qarşı yola çıxaraq Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı mikroavtobusla toqquşması nəticəsində baş verib.

Qəza zamanı dörd nəfər hadisə yerindəcə ölüb, iki nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbi "ZİL"in sürücüsünün yuxulu olması və qarşı hərəkət üçün nəzərdə tutulmuş yol zolaqları arasında maneənin qoyulmamasıdır. 

6579
Teqlər:
Stavropol, azərbaycanlı, Rusiya, qəza
Əlaqədar
Rusiyada ağır qəza: 8 məktəbli xəstəxanalıq oldu
Şəmkirdə ağır qəza nəticəsində ölənlər və yaralananlar var
Türkiyədə qətliam kimi qəza: Çoxlu sayda ölü və yaralı var
Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarə yola salındı