Gözdən əlil

Əlilliyi olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək

117
(Yenilənib 12:47 12.03.2019)
Həmin qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə əlavə təklif edilir

BAKI, 12 mart-Sputnik. Əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik təklif edilir.

Həmin qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə əlavə təklif edilir.

Əlavəyə görə, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

117
Teqlər:
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi, əlilliyi olan şəxs
Əlaqədar
Səhhəti ağırlaşan Xalq artisti: "Ölümdən qorxmuram, sadəcə əlil olmaq istəmirəm"
Azərbaycanda əlil qadınların sayı açıqlandı
Əlil Qadınlar Cəmiyyəti hesabat verdi
Yaşadığı bir anlıq zövq onu əlil arabasına məhkum etdi