Heydər Əliyev Hava Limanı

Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarə yola salındı

158
(Yenilənib 10:50 12.03.2019)
Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib

BAKI, 12 mart — Sputnik. Ötən gün Bakıda təcili eniş edən "Uralskiye Avialinii" aviaşirkətinə məxsus "Aerobus 321" tipli təyyarə artıq Moskavaya yola salınıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. 

"Təyyarə artıq yola düşdü. Təyyarənin sərnişinlərinin hamısı oteldə gecələyib. Həmin şəxslərdən başqa təyyarə ilə Moskvaya gedən olmayıb"- deyə o bildirib.

Kəsəmənski qeyd edib ki, hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə təyyarə Bakıda qəza enişi edib. 

Xatırladırıq ki, Bəhreyndən Moskvaya uçan "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarə bazar ertəsi Bakı vaxtı ilə saat 14.56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

​Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olub.

158
Teqlər:
bomba, Moskva, təyyarə, hava limanı