Sputnik

Sputnik Azərbaycan-ın şef redaktoru redaksiyanı öz istəyi ilə tərk edib

18537
Sputnik Azərbaycan-ın şef redaktoru Mətin Məcidli redaksiyanı tərk edərək başqa layihələrlə məşğul olmaq qərarına gəlib

MOSKVA, 11 mart – Sputnik-in mətbuat xidməti. Sputnik Azərbaycan-ın şef redaktoru Mətin Məcidli redaksiyanı tərk edərək başqa layihələrlə məşğul olmaq qərarına gəlib. Mətin Məcidliyə rotasiya qaydasında Bakı redaksiyasında multimedia formatlarının, video kontentin, mətbuat mərkəzinin layihələrinin və agentliyin sosial şəbəkələrinin inkişafına cavabdeh kreativ prodüsser vəzifəsini tutmaq təklif edilib.

Bundan əlavə, ona agentliyin Ankara, Minsk, Berlin və Bişkek redaksiyalarında təcrübə mübadiləsi yolu ilə yeni təcrübə əldə etmək təklif olunub. Bir sıra nəşrlərin, həmçinin sosial şəbəkədəki bəzi şəxslərin agentlikdaxili kadr rotasiyasının siyasi səbəbləri barədə mülahizələrinin heç bir əsası yoxdur.

İstənilən layihənin, o cümlədən Sputnik-in inkişafı kadr yerdəyişmələrini və işin müxtəlif istiqamətlərinin təcrübəli və peşəkar əməkdaşlarla gücləndirilməsini tələb edir.

Ona görə də Sputnik yeni əldə etdiyi biliklər də daxil olmaqla Mətin Məcidlinin bacarıqlarından yeni redaksiya məhsullarının inkişafı üçün istifadə etməyi planlaşdırırdı. O, fikirləşmək üçün vaxt götürdü, lakin nəticədə təklifdən imtina etdi. Bu, onun hüququ və seçimidir, biz də buna hörmətlə yanaşırıq.

"Agentliyimizin fəxr edə biləcəyi nailiyyətlər həm də Mətinin zəhmətinin bəhrəsidir. Biz onun qərarına hörmətlə yanaşırıq, birgə keçdiyimiz yola görə ona təşəkkür edirik və yeni layihələrdə uğurlar arzulayırıq" - deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

18537
Teqlər:
layihə, redaktor, Azərbaycan, Sputnik
Əlaqədar
İştirakçılar SputnikPRO təlimindən öz işlərində necə yararlanacaq
“Mətbuata Loyallığa Görə” – Sputnik Azərbaycan Flora Kərimovanı təltif etdi