Bakıda NATO-nun təlim kursu keçirilib

Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub

31
(Yenilənib 13:24 11.03.2019)
NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib

BAKI, 11 mart — Sputnik. Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Bakıda səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

31
Teqlər:
NATO
Əlaqədar
NATO toplantısında mübahisə: Vaşinqton və Ankaranın maraqları toqquşub
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
Rusiya "Poseydon"ları NATO-nun mövcudluğuna təhdiddir