Dənizkənarı bulvar

Əhalinin sabaha gözlədiyi xəbər açıqlandı

448
(Yenilənib 13:21 11.03.2019)
Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək

BAKI, 11 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 12-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. 

Hazırda Bakıda müşahidə edilən duman
© Sputnik / Taleh Mahmudov.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

448
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hava
Əlaqədar
İngiltərədə hava şəraitinin kəskin dəyişməsi bir sıra problemlər yaradıb
Atatürk Hava limanında həyəcanlı dəqiqələr
Yeni həftənin ilk gününün hava proqnozu məlum oldu
Sabahın hava proqnozu