Yol nişanları, arxiv şəkli

Bakıda əcaib yol nişanı quraşdırılıb

57
(Yenilənib 11:11 11.03.2019)
Mais Ağayev: "Məsələ ilə bağlı ölçü götürüləcək"

BAKI, 11 mart — Sputnik. Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində qəribə yol nişanı quraşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Azər Allahverənov sosial şəbəkədə foto paylaşaraq məlumat verib.

Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını
Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını

Fotoda aydın görünür ki, 4.1.4 - Düzünə və sağa hərəkət yol nişanı səhv quraşdırılıb. Məsələyə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev münasibət bildirərək deyib ki, bununla bağlı ölçü götürüləcək.

57
Teqlər:
Azər Allahverənov, yol nişanı, küçə
Əlaqədar
Paytaxt küçəsinə əcaib yol nişanı qoyulub
Paytaxtda yeni yol nişanları quraşdırılır