Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

Ordumuz genişmiqyaslı təlimlərə başladı

102
(Yenilənib 10:37 11.03.2019)
Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika cəlb olunub

BAKI, 11 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gündən başlayaraq martın 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.

Azərbaycan xüsusi təyinatlıları Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda, 26 iyun 2018-ci il
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək. Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

102
Teqlər:
əsgər, təlim, ordu
Əlaqədar
Ukrayna Hərbi Hava Qüvvələri Krım yaxınlığında təlimə hazır olduğunu açıqlayıb
Azərbaycan Hərbi Hava Qüvvələri bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Rusiya ilə Türkiyə birgə hərbi təlimlər keçirib