ATƏT-in avtomobiləri təmas xəttində

ATƏT cəbhə xəttində monitorinq keçirəcək

6
(Yenilənib 10:30 11.03.2019)
Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster aparacaqlar

BAKI, 11 mart — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster aparacaqlar.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika keçirəcəklər.

6
Teqlər:
Füzuli, ATƏT, monitorinq
Əlaqədar
Zəlzələ ilə bağlı monitorinq aparmaq üçün işçi qrup yaradılıb
ATƏT cəbhə xəttində monitorinq keçirib
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək