Müsəlman konkisürən qadından dünyanı şoka salan addım

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidЗахра Лари (ОАЭ) во время тренировки
Захра Лари (ОАЭ) во время тренировки - Sputnik Azərbaycan
Abunə olmaq
Zəhra Lari jurnalistlərə müsahibəsində deyib ki, ona hicabda öz nömrəsini nümayiş etdirmək asan deyil

BAKI, 9 mart — Sputnik. Krasnodarda keçirilən universiadada qəribə hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, fiqurlu konkisürmə yarışında ilk dəfə olaraq BƏƏ-li idmançı Zəhra Lari buz meydançasına hicabda çıxıb.

Bu hadisənin baş verməsi üçün hətta Beynəlxalq Konkisürmə Federasiyası da qaydalara dəyişiklik edib. Zəhra Lari  isə jurnalistlərə müsahibəsində deyib ki, ona hicabda öz nömrəsini nümayiş etdirmək asan deyil.

"Bəzi fəndlər var ki, onları reallaşdıranda çətin olur. Amma bu halımdan məmnunam. Hətta məni azarkeşlər də alqışladı və dəstək oldu. Hər kəsə təşəkkür edirəm”" - deyə hicablı konkisürən bildirib.

Xəbər lenti
0