İlham Əliyev Rusiya Yəhudi Konqresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev yəhudi lideri qəbul edib

77
(Yenilənib 12:36 08.03.2019)
Prezident ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımi şəraitin mövcud olduğunu bildirib

BAKI, 8 mart — Sputnik. Prezident İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı və bunu yüksək qiymətləndirib.

Azərbaycanda ayrı-ayrı xalqların və dini icmaların əsrlər boyu bir ailə kimi yaşadıqlarını deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımi şəraitin mövcud olduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

77
Teqlər:
görüş, yəhudi, İlham Əliyev, prezident
Əlaqədar
Prezident İlham Əliyev Azərbaycan qadınlarına müraciət etdi
İlham Əliyev Şamaxıya səfər edib
İlham Əliyevin qərarına cəmiyyətin rəyi: "Bundan gözəl həzz ola bilməz"