Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsi

İtkin düşmüş kişinin meyiti tapılıb

96
(Yenilənib 13:55 07.03.2019)
Meyit kəndin inzibati ərazisindən axan çayın kənarında aşkar edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Şəkidə bir həftə əvvəl itkin düşmüş kişinin meyiti tapılıb. Cumakənd kəndinin sakini, 1967-ci il təvəllüdlü Rəşid Yusifovun meyiti kəndin inzibati ərazisindən axan çayın kənarında aşkar edilib.

Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, mərhum fevralın 27-si axşam saatlarında yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

96
Teqlər:
Şəki rayonu, Şəki, meyit, kişi meyiti
Əlaqədar
Bədənində qəribə döymələr olan meyit tapılıb
Yolun ortasında çarpayıda meyit tapıldı
İsmayıllıda tük ürpədən cinayət: Bir ailədən iki meyit çıxdı
Deputat: “Qanun meyit donordan orqan köçürülməsi üçün kifayət deyil”