Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident DTX ilə bağlı Fərman imzalayıb

126
(Yenilənib 16:10 06.03.2019)
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilib

BAKI, 6 mart - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Fərmanda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7, maddə 1492) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

126
Teqlər:
DTX, Fərman, Prezident
Əlaqədar
ADA ilə bağlı vacib Fərman imzalandı
Sahibkarlar üçün vacib olan fərman imzalandı
İlham Əliyev vacib fərman və sərəncam imzaladı
Gürcüstanda əhatəyə alınmış cinayət yeri, arxiv şəkli

Gürcüstanda atışma: evləri oteli yandırdılar, ölən var

22
(Yenilənib 01:18 09.08.2020)
Hadisəyə səbəb Kulikam kəndində 27 yaşlı kişinin qətli olub. Onun qohumları qisas almaq qərarına gəliblər: şəhərdə qarşıdurma və dava başlayıb. Bir nəfər güllə yarası alıb

BAKI, 9 avqust — Sputnik. Gürcüstanın cənubunda Axalkalaki şəhərində (Samsxe-Cavahetiya bölgəsi) gənclərin davası nəticəsində bir nəfər ölüb, bir neçə ev və otel yandırılıb.

Sputnik Gürcüstan xəbər verir ki, vəziyyəti nəzarətə götürmək üçün polisi səfərbər etmək lazım olub. 

Hadisəyə səbəb Kulikam kəndində 27 yaşlı kişinin qətli olub. Onun qohumları qisas almaq qərarına gəliblər: şəhərdə qarşıdurma və dava başlayıb. Bir nəfər güllələnib.

“Axalkalaki rayonunda kriminal hadisə olub, adam ölüb. Bundan sonra kəndlilər şəhərdə toplaşıblar və daha bir kriminal hadisə baş verib. Hadisə yerinə əlavə polis qüvvələri gəlib. Şəhərdə vəziyyətə tamamilə nəzarət olunur. Gərginlik davam edir, amma əlavə polis qüvvələri vəziyyəti nəzarətə götürüblər”, - Samsxe-Cavahetiyanın qubernatoru Besik Amiranaşvili deyib.

Hadisə ilə bağlı Axalkalakidə “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açılıb.

 

22
iPhone

Tramp öz ölkəsinin şirkətinə ciddi problemlər yaradıb

32
(Yenilənib 01:21 09.08.2020)
Əgər qurğuda "WeChat"i yükləmək imkanı olmayacaqsa, Çindəki alıcılar "Apple" məhsullarında maraqlı olmayacaqlar

BAKI, 8 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp "TikTok" və "WeChat"lə mübarizəyə dair fərmanları ilə "Apple" şirkətinin məhsullarının Çində satışı üçün təhlükə yaradıb.

Sputnik Azərbaycan "Bloomberg"ə istinadən xəbər verir ki, Amerika liderinin qadağasına əsasən, bu tətbiqləri "App Store"da yaymaq mümkün olmayacaq, onlarla bağlı bütün maliyyə əməliyyatları isə bloklanacaq.

"Bloomberg"in məlumatına görə, "WeChat" tətbiqi çoxlu sayda servisi əvəz edir: onun vasitəsilə alış-veriş, müxtəlif ödəmələr həyata keçirilir, ondan zəng, elektron poçt, "bütün növ şəxsi və işgüzar ünsiyyət" üçün istifadə olunur. "WeChat"i turistlər də yükləməlidirlər, əks halda, onlar hətta kiçik alış-verişləri ödəyə bilməmək riski ilə üzləşə bilərlər.

Beləliklə, əgər qurğuda "WeChat"i yükləmək imkanı olmayacaqsa, Çindəki alıcılar "Apple" məhsullarında maraqlı olmayacaqlar. Keçirilmiş sorğunun nəticələrinə əsasən, əgər bu tətbiqi yükləmək mümkün olmasa, vətəndaşların çoxu qadcetdən imtina etməyə hazırdırlar.

"iPhone"un satışının 20%-dən çoxu Çinin payına düşür, ona görə də "WeChat"in "App Store"dan çıxarılması şirkət üçün ciddi maneə olacaq. "Bloomberg Intelligence"in analitiki Anand Şrinivasan bu fikirdədir.

Avqustun 7-də Donald Tramp ABŞ şirkətlərinə "TikTok" və "WeChat"in mülkiyyət sahibləri olan şirkətlərlə razılaşmalara son qoymaları üçün 45 gün vaxt verib. Ağ Ev iddia edir ki, Çin tətbiqləri ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir. Tramp bu fərmanı ABŞ-ın "Microsoft" və Çinin "ByteDance" şirkətləri arasında "TikTok"un alınmasına dair danışıqlar gedən vaxtda imzalayıb.

32
Əlaqədar
Tramp Çin şirkətindən “dolya” istəyir
TikTok Trampın qəzəbinə gəldi
Donald Tramp bunu "TikTok"-dan heç gözləmirdi
TikTok istifadəçilərinə şad xəbər - İki milyon dollar...