Ermənilər Xocalı yürüşünə görə rusiyalı deputata qarşı hücuma keçiblər

© SputnikErmənistan parlamenti
Ermənistan parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Belə bir addımın atılmasına səbəb İ.Rodninanın Bakıda fevralın 26-ı keçirilən Xocalı soyqırımın ildönümü münasibəti ilə keçirilən yürüşdə iştirak etməsi olub

BAKI, 6 mart — Sputnik. Ermənistan parlamentinin deputatları fiqurlu konkisürmə üzrə idmançı İrina Rodninanın adını daşıyan idman məktəbinin adının dəyişdirilməsini təklif edirlər. Bu barədə Sputnik Ermənistan "Jamanak" qəzetinə istinadən xəbər verir. 

Xarici İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan
XİN: Ermənistan rəsmisinin açıqlaması danışıqlar prosesinə qarşı hücum xarakteri daşıyır

Nəşr yazır ki, bəzi deputatlar 2015-ci ildə məktəbə İ.Rodninanın adının verilməsinə dair qəbul olunan qərarın dəyişdirilməsi üçün Yerevan Ağsaqqallar Şurasına müraciət etmək niyyətindədirlər.

Qeyd olunur ki, belə bir addımın atılmasına səbəb İ.Rodninanın Bakıda fevralın 26-da keçirilən Xocalı soyqırımın ildönümü münasibəti ilə keçirilən yürüşdə iştirak etməsi olub.

Xatırladaq ki, fevralın 26-da Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. Yürüşdə Rusiya Dövlət Dumasının deputatları Oksana Puşkina, Dmitri Savelyev və İrina Rodnina da iştirak ediblər.

Xəbər lenti
0