Milli Məclis

Milli Məclis toplanıb

21
(Yenilənib 11:19 05.03.2019)
İclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi dinləniləcək

BAKI, 5 mart — Sputnik. Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. İlk olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi dinləniləcək. 

"Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Reklam haqqında", "Gənclər siyasəti haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunlarda, Şəhərsalma və Tikinti, Cəzaların İcrası, İnzibati Xətalar, Torpaq, Mülki Prosessual, Cinayət məcəllələrində dəyişikliklərə baxılacaq.

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında", "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "İpoteka haqqında", "Sığorta fəaliyyəti haqqında", "Telekommunikasiya haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

İclasda "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

21
Teqlər:
Milli Məclisin plenar iclası, plenar iclas, Milli Məclis
Əlaqədar
Milli Məclis ilk plenar iclasına start verib
"Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərməlidir"
Milli Məclis üzvü: "Maddi ehtiyac üzündən oğurluq edənlərə görə cəmiyyət utanmalıdır"
Milli Məclis toplaşıb, önəmli qərar gözlənilir