Türkiyədə partlayış

Qonşu ölkədə partlayış baş verib, yaralılar var

25
(Yenilənib 11:08 05.03.2019)
Türkiyənin İstanbul şəhərində partlayış baş verib

BAKI, 5 mart — Sputnik. Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa adlanan ərazisində binanın qarşısında partlayış baş verib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu söylənilir.

İlkin olaraq yayılan məlumata görə, olay nəticəsində kağız yığımı ilə məşğul olan ana və qızı yaralanıb.

Məlumata görə, 57 yaşlı ana ilə 27 yaşlı qızı topladıqları vəsaitləri çeşidləyərkən pomidor souzu bankasından partlayış meydana gəlib.

Hadisə ilə bağlı polis tərəfindən araşdırmaya başlanılıb.

25
Teqlər:
yaralılar, yaralı, Türkiyə, partlayış
Əlaqədar
Rusiyada kimya zavodunda partlayış baş verib
Rusiya səfirliyi yaxınlığında partlayış olub
Meksikada partlayış zamanı ölənlərin sayı artır
Ticarət mərkəzində partlayış olub, ölən var