Gəncə sakinlərinə şad xəbər

© Photo : Yeni GəncəПарк Гейдара Алиева в Гяндже, фото из архива
Парк Гейдара Алиева в Гяндже, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı ölkənin ikinci böyük şəhəri üçün 11 milyon manat vəsait ayırıb

BAKI, 4 mart — Sputnik. Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncənin “Xan bağı”nda sakinlərlə görüşüb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Birinci vitse-prezident Gəncə sakinləri ilə görüşüb

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11,0 (on bir) milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4,0 (dörd) milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1,0 (bir) milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Xəbər lenti
0