Məhbus, arxiv şəkli

Həmyerlisini qarət etmiş 2 yeniyetmə saxlanılıb

17
(Yenilənib 11:55 04.03.2019)
Şübhəli bilinən rayon sakini olan 2 yeniyetmə saxlanılıb

BAKI, 4 mart — Sputnik. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ötən ilin sentyabr ayında Ağcabədi rayon sakini Bəxtiyar Quliyev "102-Zəng Mərkəzi" Xidmətinə müraciət edərək ona məxsus evdən 300 metr uzunluqda elektrik naqillərinin oğurlandığı barədə məlumat verib.

Sputnik Azərbaycan bölgə müxbiri xəbər verir ki, məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini olan 2 yeniyetmə saxlanılıb. Dindirilmə zamanı onlar 300 metr uzunluqda elektrik naqillərini oğurlayıb dəyərindən ucuz qiymətə satdıqlarını etiraf ediblər.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

17
Teqlər:
elektrik naqili, Ağcabədi, qarət, oğurluq