Bakıda süpürgəçi

Maaş artımı dövlət qulluqçusu olmayan işçilərə çatdı

381
(Yenilənib 15:02 03.03.2019)
Xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. aylıq vəzifə maaşları artırılıb

BAKI, 3 mart – Sputnik. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərara dəyişiklik edilib.


Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, 2019-cu il martın 1-dən sözügedən şəxslərin əmək haqları aşağıdakı məbləğlərdə müəyyən edilib:
1. Ali kateqoriya dövlət orqanlarında – 220 manat
2. 1-ci kateqoriya dövlət orqanlarında – 210 manat
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında –200 manat
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında – 180 manat.

381