Əməkhaqqı, arxiv foto

Bir qrup müəllimin maaşı artırılıb

262
(Yenilənib 11:51 01.03.2019)
ATU-da əmək haqqı qaldırıldı

BAKI, 1 mart — Sputnik. Azərbaycan Tibb Universitetində əməkhaqqı qaldırılıb. Sputnik Azərbaycan-a bu haqda ATU-nun Mətbuat xitmətindən məlumat verilib.

Qeyd olunub ki, universitetdə çalışan professor-müəllim və digər işçilərin sosial rifahının yüksəlməsi, onların maddi durumunun yaxşılaşdırılması hər zaman diqqət mərkəzində olub. Belə ki, ATU-nun Elmi şurasının qərarına əsasən, 2019-cu ilin mart ayının 1-dən etibarən universitetin bütün əməkdaşlarının əlavə əmək haqqı məbləğinin 20% artırılması barədə qərar qəbul edilib.

"Bundan əlavə, universitetdə ingilis dilində dərs deyən müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda yüksək nəticə göstərən tam ştat işləyən müəllimlərin maaşlarına 120 AZN, yarım ştat işləyənlərə isə 60 AZN əlavə olunacağı haqqında qərar verilib" - deyə ATU-dan verilən məlumatda əlavə olunub. 

262
Teqlər:
müəllimlər, aylıq minimum əməkhaqqı, əməkhaqqı, Tibb Universiteti
Əlaqədar
Dövlət qulluqçularının orta aylıq əməkhaqqı 700 manata yaxınlaşır
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Minimum əməkhaqqı ilə bağlı sərəncam bu gündən qüvvəyə minir