UNEC-in I kurs tələbəsi Mirmehdi Əhmədzadə

UNEC 2030-cu ilədək beynəlmiləl universitetə çevriləcək

122
(Yenilənib 15:20 28.02.2019)
UNEC-in akademik və inzibati heyət üçün xarici dil öyrənmək imkanının yaradılmasına da yer verilib

BAKI, 28 fevral — Sputnik. “UNEC-100” İnkişaf strategiyasında universitetin 2030-cu ilədək beynəlmiləl universitetə çevrilməsi strateji məqsədlərdən biri kimi təsbit olunub.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, UNEC-in beynəlmiləlləşməsinin daha da genişləndirilməsi məqsədilə strategiyada hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib. Belə ki, UNEC-də əcnəbi tələbələrin payının artırılması üçün hədəf ölkələrdə UNEC-in imicinin yüksəldilməsi, qəbul ofislərinin açılması, beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması, ali məktəblərə qəbul üzrə beynəlxalq statuslu imtahanların nəticələri əsasında tələbə qəbulu imkanlarının genişləndirilməsi nəzərdə tutulub. 

Hazırda bakalavr və magistratura pilləsi üzrə dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları reallaşdırılan UNEC-də 2030-cu ilədək bu proqramların sayının davamlı artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Strategiyaya görə, UNEC nüfuzlu universitetlərlə bakalavr, magistratura və doktorantura üzrə beynəlxalq ikili diplom proqramların sayını 10-a çatdırmağı və ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmağı hədəf seçib.

UNEC-də kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması məqsədilə 2030-cu ilə qədər beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayının artırılması da nəzərdə tutulub. Bu məqsədlə effektiv əcnəbi tələbələr ofisinin yaradılması, beynəlxalq mübadilə tələbəsi statusunun müəyyən edilməsi və onlar üçün prosedurların sadələşdirilməsi, beynəlxalq tərəfdaşlarla əlaqələrin effektivliyinin artırılması sənəddə əks olunub. Eyni zamanda əcnəbi tələbə və müəllimlərə Azərbaycan dilini, UNEC-in akademik və inzibati heyət üçün isə xarici dil öyrənmək imkanının yaradılmasına da yer verilib.

Strategiyaya əsasən, ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmaq məqsədilə müasir standartlara cavab verən Xarici Dil Mərkəzinin formalaşdırılması və tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi təmin olunacaq.

122
Teqlər:
UNEC
Əlaqədar
UNEC-in Prezident təqaüdçüsü olan tələbəsi seçiminin səbəbinə aydınlıq gətirib
UNEC və Bakı Fond Birjası əməkdaşlığa başlayır
UNEC-də tətbiq edilən yeniliklərdən danışılıb
UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

2
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

2
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən sərt bəyanat: "Ermənistan rəhbərliyi ağıl vicdanını itirib!"

10
(Yenilənib 18:16 28.10.2020)
"Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb" - Türkiyə XİN

BAKI, 28 oktyabr - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan Türkiyə XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə dünənki hücumundan sonra Ermənistan ordusunun bu gün yenidən mülki əhalini raket atəşə tutması pislənilib:

"Bugünkü hücum nəticəsində 21 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun. Ermənistanın uşaq, yaşlı, qoca demədən mülki əhaliyə qarşı bu alçaq hücumlarını insanlıqdan kənar hesab edir və ən ağır şəkildə qınayırıq."

Bəyanatda o da bildirilib ki, Ermənistanın mülki insanları terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı soyqırımının davamıdır və onların xəstə düşüncəsinin təzahürüdür:

"İşğal olunmuş ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir. Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb".

Bəyanatda daha sonra qeyd olunub ki, beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çatıb.

10
Əlaqədar
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Bərdəyə raket atılması nəticəsində ölən və yaralananların sayı artdı
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO