Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

39
(Yenilənib 12:15 28.02.2019)
O, Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb

BAKI, 28 fevral — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Görüş zamanı Borge Brende nazir Elmar Məmmədyarovu 2019-cu ilin 6-7 aprel tarixlərində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət edib. B.Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
© XİN-nin mətbuat xidməti
Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

Öz növbəsində, nazir Elmar Məmmədyarov Cenevrəyə səfərinin məqsədlərini bölüşüb, eləcə də Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb.

E.Məmmədyarov Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan hazırkı danışıqlar prosesi barədə məlumat verib.

Görüş zamanı, həmçinin regional və qlobal gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

39
Teqlər:
danışıqlar, Qarabağ, Dünya İqtisadi Forumu, Elmar Məmmədyarov
Əlaqədar
Məmmədyarov: “Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirməlidir”
Məmmədyarov da, Mnatsakanyan da Münhenə gedir, lakin görüş barədə ziddiyyətlər var
Məmmədyarov Cenevrəyə gedib
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

33
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

33
Musiqi qulaq asan şəxs, arxiv şəkli

Musiqi ilə məşq edin, o zaman...

3
Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

BAKI, 9 avqust — Sputnik. Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

"Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır", - deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

3