Bakı Şəhər İcra Hakimiyyətinin binası

Milli Şuranın mitinqinə icazə verilmədi

115
(Yenilənib 14:33 27.02.2019)
BŞİH: Ötən mitinqdə yol verilmiş qanun pozuntuları şəhər sakinlərinin narazılığına səbəb olub

BAKI, 27 fevral — Sputnik. Milli Şuranın martın 2-də keçirmək istədiyi mitinqə icazə verilməyib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün BŞİH-in cavab məktubunu təşkilatçılardan Vidadi Məhərrəmov və İlham Hüseyn​ götürüb. Məktubda qeyd olunub ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən dərhal sonra bəzi toplantı iştirakçıları tərəfindən yol verilmiş qanun pozuntuları, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törətmələri və polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri şəhər sakinlərinin haqlı narazılığına, Bakı Şəhər İcra Hakimiyyətinə və hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlərinə səbəb olub və bu haqda müraciətlər hələ də davam etməkdədir.

Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər ünvanlanıb. Bu da mitinq təşkilatçılarının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yaradır.

"Qeyd olunanları və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq 2 mart 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda planlaşdırılan mitinq məqsədəuyğun hesab edilmir" - deyə BŞİH-dən vurğulanıb.

115
Teqlər:
BŞİH, Bakı şəhər İcra Hakimiyyəti, mitinq, Milli Şura
Əlaqədar
Polis mitinq təşkilatçılarına xəbərdarlıq edib
Müxalifətin 26 yanvar mitinqi qadağan edildi
Brüsseldə ümumavropa Qarabağ mitinqi olub
Qaz sayğacı, arxiv şəkli

Qaz kartında vəsaiti bitənlərin nəzərinə

3
(Yenilənib 00:53 25.02.2021)
Belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlayın!

BAKI, 24 fevral — Sputnik. "Azəriqaz" İB abonentlərə müraciət edib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlanılsın:

"Bu sahədə əməkdaşlarımız lazım olan yardımı göstərəcəklər. Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq".

"Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya "Whatsapp" nömrəmizə (077 3 104 104) yazsın", - deyə qeyd olunub.

3
Səhnə

"Sözün nizamı" - festivala Milli Teatr Günündə yekun vurulacaq

2
(Yenilənib 00:50 25.02.2021)
Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır. Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

BAKI, 25 fevral — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Sözün nizamı" adlı V festivalını keçirir.

Sputnik Azərbaycan xəbər verir ki, festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcəklər. Aktyorlar tərəfindən təqdim olunan materiallar martın 3-nə qədər video şəklində çəkilib, Bakı Uşaq və Gənclər Teatrının "YouTube" kanalında yerləşdiriləcək. Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır. Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

2