Fevralın son gününə gözlənilən xəbər

© Sputnik / Murad OrujovБакинский приморский бульвар, фото из архива
Бакинский приморский бульвар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb küləyi gündüz arabir güclənəcək

BAKI, 27 fevral - Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. 

Закат на Приморском парке в Баку - Sputnik Azərbaycan
Sabaha gözlənilən hava şəraiti barədə məlumat

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 754 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 28-i Abşeron yarımadasında meteoroloji amillərin mülayim gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti
0