Hadisə yerində FHN yanğınsöndürmə maşınları

Bakıda daha bir yaşayış binasında yanğın baş verib

122
(Yenilənib 10:36 27.02.2019)
Bir nəfər yanğından xəsarət alıb

BAKI, 27 fevral — Sputnik. Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağında baş verib.

Məlumata görə, 15 m² sahədə ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

122
Teqlər:
çoxmərtəbəli yaşayış binası, yaşayış binası, Bakı, yanğın
Əlaqədar
Ermənistan hökumətinin binasında güclü yanğın baş verib
Bakıdakı yanğın söndürüldü
"Sədərək" ticarət mərkəzində yanğın baş verib