BAKI, 23 fevral — Sputnik. Türkiyənin tanınmış aktyoru Necati Er dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, “Yeşilçam” filmlərinin sevilən aktyoru ötən gün axşam saatlarında dünyasını dəyişib. Kamal Sunalın “Yeddi bəla Hüsnü” filmində “Qız İsmət” obrazını canlandıraraq yaddaşlara həkk olunan aktyorun ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, Necati Er 79 yaşında dünyasını dəyişib.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.