Sumqayıtda avtobus qəzası

Sumqayıtda qəzaya düşən hamilə qadınlardan xəbər var

62
Qəzaya düşən hər iki hamilə qadının vəziyyəti yaxşıdır

BAKI, 22 fevral — Sputnik. Sumqayıtda baş vermiş avtobus qəzasında yaralananlar arasında 2 hamilə qadın da olub. Hamilələrin vəziyyəti ilə bağlı Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.

“Onların vəziyyəti normaldır. Hamilələrdən biri 3 aylıq olub, yoxlanışdan keçib. Digəri isə düşük təhlükəsinə görə yoxlanışdan keçirilib. Heç bir problem yoxdur” – deyə məlumatda qeyd olunub.

O da qeyd olunub ki, hamilə xəstələr bu gün evə buraxılıb.

62